Kambocada halı pisləşən Azərbaycanlı gənc minaaxtaran Malayziyada ölüb.
ANAMA-dan Yurd.Media-ya bildirilib ki, Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən qurumun minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar yanvarın 14-də həmin ölkədə xəstəxanaya yerləşdirilib.
Yanvarın 18-də isə o, Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq, əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.
Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər.
