SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Alinea” şadlıq sarayında qonaq toyda öldü

“Alinea” şadlıq sarayında qonaq toyda öldü

  • 31 yanvar 2026, 21:26
Sumqayıt

Sumqayıtda toy mərasimi zamanı ölüm faktı qeydə alınıb.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə “Alinea” restoranında baş verib.

Toy məclisində iştirak edən 49 yaşlı Baba Məmmədovun rəqs edərkən qəfil halı pisləşib. Ona dərhal kömək göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində vəfat edib.

Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları