Tovuzda kanaldan 40 yaşlı kişinin meyiti çıxdı.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Kənd ərazisindən keçən su kanalından 1987-ci il S.Dəmirovun meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.//APA