SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Başı barmaqlıqlar arasında sıxılan uşaq belə xilas edildi - VİDEO

Başı barmaqlıqlar arasında sıxılan uşaq belə xilas edildi - VİDEO

  • 15 iyun 2026, 09:56
Bakı

Bakıda 11 yaşlı uşağın başı dəmir barmaqlıqlar arasında sıxılıb qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E. Gülməmmədovu xilas ediblər.

Başı barmaqlıqlar arasında sıxılan uşaq belə xilas edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları