Bİr həftədə xilasedicilər 44 nəfəri yanğından təxliyə edib.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 494 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 8 nəfərin meyiti təhvil verilib.