Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy və digər ərazilərdə küləklə müşahidə olnunan leysan yağışlar bir sıra fəsadlara səbəb olub.
Yurd.Media xəbər verir ki, kəskin hava şəraiti səbəbindən bölgədə əkin sahələrinə, təsərrüfata da zərər dəyib.
Tovuz rayonunda avtomobil yolunda olan tunel tipli keçidə yaxış suları dolduğundan nəqliyyatın hərəkəti mümkünsüz olub.
Güclü küləklə müşahidə olunan yağışlı hava nəticəsində Göygöl rayonunda bir neçə ağac aşıb, vətəndaşa məxsus avtomobillərə zərər dəyib.
Daşkəsən rayonuna bir neçə dəqiqə dolu düşüb, yağış suları səbəbindən kənd yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər olub. Sel suları nəticəsində çox sayda xırda buynuzlu heyvan tələf olub.
Qeyd edək ki, hava şəraiti səbəbindən oxşar fəsadlar bölgənin digər rayonlarında da qeydə alınıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.