Yardımlı rayonunda yanğın hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Məlikli kəndində, sakinlərdən birinə məxsus təsərrüfatda qeydə alınıb.
Belə ki, yanğın 160 kvadratmetr olan tövlədə qəfildən başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunsada, hadisə zamanı tövlə tamamilə yanıb.
Yanğın nəticəsində 6 baş iribuynuzlu heyvan tələf olub, 12 ton ot bağlaması yanıb.
Faktla bağlı araşdırma aparılır.