SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Xətai və Xəzərdə oğurluq edən şəxslər saxlanıldılar

Xətai və Xəzərdə oğurluq edən şəxslər saxlanıldılar

  • 14 iyul 2025, 14:08

Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1400 manat maddi zərər vurulub.

Bu barədə Yurd.Media-ya DİN-dən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar.

Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar.

Araşdırmalar davam etdirilir.

Prime Leasing