SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Xaçmazda sürücü maşını AŞIRDI: Yaralılar arasında azyaşlı da var

Xaçmazda sürücü maşını AŞIRDI: Yaralılar arasında azyaşlı da var

  • 04 may 2025, 22:45
Xaçmaz

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.H, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.

Prime Leasing