Xaçmaz rayonunda kişi elektrik dirəyindən yıxılaraq ölüb.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılarq ölüb.
İlkin məlumata görə onu elektrik cərəyanı vurduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.