Tovuzda avtomobil qəzası baş verib.
Yurd.Media xəbər verir ki, hadisə Tovuz rayon Köhnəqala kəndində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daha 2 nəfər 2006-cı il təvəllüdü şəxslər - A.Xanmirzəyev və Ə.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
