Tərtərdə bir ailə dəm qazından məhv oldu - FOTOLAR

Tərtərdə bir ailə dəm qazından məhv oldu - FOTOLAR

  • 21 aprel 2025, 16:40
Tərtər

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Yurd.Media “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Bəyimsarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: 30 yaşlı Tağızadə Ülfət Mais oğlu, həyat yoldaşı 27 yaşlı Tağızadə Əfsanə Fəqan qızı və övladları 7 yaşlı Ümid və 5 yaşlı Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.