SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Şuşada yanğın zamanı mina partlayışları baş verib

Şuşada yanğın zamanı mina partlayışları baş verib

  • 26 iyul 2025, 16:31
Şuşa

Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə baş verib.

Yurd.Media xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.

Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb. Aparılan işlər nəticəsində yanğın söndürülüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib. Yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı baş verib.

Prime Leasing