SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Şəmkirdə ruhi xəstə əvvəl anasını sonra özünü öldürüb - TƏFƏRRÜAT  - YENİLƏNİB

Şəmkirdə ruhi xəstə əvvəl anasını sonra özünü öldürüb - TƏFƏRRÜAT  - YENİLƏNİB

  • 30 mart 2026, 17:41
Şəmkir

Şəmkirdə ruhi xəstə kişi əvvəlcə anasını sonra isə özünü öldürüb.

Yurd.Media xəbər verir ki, Qaracəmirli kəndində başvermiş hadisənin bəzi təfərrüatları məlum olub. 

Belə ki, ali təhsilli olan 1993-cü il təvəllüdlü Anar Natiq oğlu Allahverdiyev subay olub. O, heç bir işdə çalışmayıb və ailəsi ilə birlikdə qalıb. Anası Çiçək Sərdərova isə kənd orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi çalışıb. Yaşla bağlı ötən ildən təqaüdə çıxıb.

A.Allahverdiyevin atası və iki qardaşı isə kənd təsərrüfatı ilə məşğul olurlar.

Hadisə zamanı isə ana və oğlu evdə tək olub. İlkin məlumata görə, hadisəyə anasın Anardan təsərrüfatda ailəyə kömək etmə tələbi olması səbəb olub. A.Allahverdiyev isə aili təhsili olduğunu kənd təsərrüfatı ilə məşğul ola bilmədiyini hansısa başqa idarə və təşkilatda çalışmaq istəyi olduğunu deyib.

Onun psixoloji problemləri olduğunu nəzərə alan valideynləri isə bunun mümkün olmadığını qeyd edib.

Bu gün saat 12 radələrində isə yaşadıqları evdə ağır cinayət qeydə alınıb. O, evin həyətində 66 yaşlı anası Ç.Sərdarovanı küt alətlə qətlə yetirib. Ondan bir neçə metr kənarda isə özünü yandıraraq intihar edib. 

Qeyd edək ki, ailə kənd sakinləri tərəfindən sakit və heçkimlə mübahisə etməyən bir ailə kimi tanınır.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

*** 15:39

Şəmkirdə ruhi xəstə olan kişi anasını qətlə yetirib.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. 

Kənd sakini, 1993-cü il təvəllüdlü Anar Allahverdiyev 66 yaşlı anası Çiçək Sərdarovanı küt alətlə qətlə yetirib. Daha sonra isə özünü yandıraraq intihar edib.

Onun ruhi xəstə olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları