“Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Çağrı Mərkəzi"nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb”.
Bu barədə Agentlikdən Yurd.Media-ya verilən məlumatda bildirilib.
Qeyd edilib ki, İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.
“Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, ötən gün Şəmkirdə dönərdən zəhərlənmə hadisəsi baş verib. Nəticədə 7-i kişi, 13-ü qadın olmaqla 20 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
*** 21.08.2025
"20.08.2025-ci il tarixində saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub".
Yurd.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Onlardan doqquzu azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.
15 nəfər ambulator müalicə üçün evə buraxılıb. Beş nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda bildirilib.
***01:31
Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, zərərçəkənlər bunlardır:
- 1991-ci il təvəllüdlü V.Hüseynov,
- 2019-cu il təvəllüdlü D.Bayramlı,
- 2014-cü il təvəllüdlü X.Abbasova,
- 1987-ci il təvəllüdlü G.Babayeva,
- 2020-ci il təvəllüdlü Ö.Abbasov,
- 2011-ci il təvəllüdlü Ş.Babayeva,
- 2013-cü il təvəllüdlü Q.Babayev,
- 2016-ci il təvəllüdlü H.İsmayılov,
- 2022-ci il təvəllüdlü A.Hüseynova,
- 2005-ci il təvəllüdlü N.Nağıyeva,
- 2002-ci il təvəllüdlü A.Muradov,
- 2019-cu il təvəllüdlü S.İsmayılov,
- 1978-ci il təvəllüdlü E.Muradova,
- 2020-ci il təvəllüdlü A.Qurbanova,
- 1986-ci il təvəllüdlü G.İsmayılova,
- 1998-ci il təvəllüdlü A.Vəlizadə,
- 1996-ci il təvəllüdlü T.Süleymanova,
-1975-ci il təvəllüdlü R.Əhmədova,
- 1986-ci il təvəllüdlü G.Bayramlı,
- 1996-ci il təvəllüdlü N.Süleymanlı.
Məlumata görə, zəhərlənənlərin vəziyyəti hazırda qənaətbəxşdir.
***00:12
Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.
Yurd.Media xəbər verir ki, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onların döndərdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Tovuz rayonunda da üçü azyaşlı olmaqla beş nəfər dönərdən zəhərlənib.