SÜJET
Şəmkir sakini ehtiyatsızlıqdan yanaraq ölüb.
Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonunun Səməd Vurğun qəsəbəsində baş verib.
Qəsəbə sakini 1967-ci il Namiq Qurbanov qəsəbə ərazisindəki evinin həyətində məişət tullantıları yandıran zaman ehtiyatsızlıq edib. O, əvvəlcə tullantıya od vursa da, həmin tullantılar zəif yanıb. N.Qurbanov həmin tullantıların tez alışması üçün avtomobilindən çəkdiyi 2 litrlik qabda olan benzini odun üstünə töküb. Nəticədə onun əlindəki benzin qab alışıb. Ev sahibi özünü itirərək benzin qabını əlindən öz üstünə atıb və nəticədə əynindəki paltarlar alışıb. Ailə üzvləri onu xilas etmək istəsələr də, mümkün olmayıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.
*** 14:03
Mayın 26-da saat 09:50 radələrində 1967-ci il təvəllüdlü şəxs ( kişi cinsi) bədən səthinin 60-70 % sahəsinin II-III dərəcəli ağır dərin termiki yanığı, II-III dərəcəli travmatik şok diaqnozları ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub.
Yurd.Media xəbər verir ki, bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
"Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən şəxsin mayın 27-də saat 02:00 radələrində ölüm faktı qeydə alınıb", məlumatda deyilir.
***13:08
Şəmkir sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alaraq ölüb.
Yurd.Media-nın APA-ya istinadla məlumatına görə, hadisə Şəmkir şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb. 58 yaşlı Namiq Qurbanovun ocağa benzin tökən zaman yanıq xəsarətləri aldığı bildirilir.
O, xəstəxanaya yerləşdirilib və orada vəfat edib.