SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Sel aparan ekskavatorda xəsarət alanların vəziyyəti açıqlandı

Sel aparan ekskavatorda xəsarət alanların vəziyyəti açıqlandı

  • 17 aprel 2025, 11:34
Ağsu

"Leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən xəsarət alan və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan üç nəfərdən (kişi cinsli) ikisinin vəziyyəti kafi olaraq qiymətləndirilir və onlar Terapiya şöbəsinə köçürülüblər".

Yurd.Media xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, digər şəxs vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, aprelin 16-da Ağsuda güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan dörd nəfərdən biri hadisə yerində ölüb. Digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları