SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Şəkidə sel gəlib, kəndlərin yolu bağlanıb

Şəkidə sel gəlib, kəndlərin yolu bağlanıb

  • 28 iyun 2026, 09:03
Şəki

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.

Yurd.Media APA-ya istinadən bildirir ki, Şəkinin Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib. Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırda yol bağlanıb. Nəticədə Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib.

Cunud kəndi ilə də əlaqə kəsilib. Şəkinin Kiş kəndindən yuxarıdakı istirahət mərkəzlərinə gedən kiçik körpü də dağılmaq üzrədi.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları