SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Şəkidə leysan yolu yararsız etdi, avtomobillər batıb qaldı - VİDEO

Şəkidə leysan yolu yararsız etdi, avtomobillər batıb qaldı - VİDEO

  • 13 avqust 2026, 11:36
Şəki

Şəkidə leysan yola palçıq və çınqıl gətirib, avtomobillər selin gətirdiyi lil qatında batıb.

Yurd.Media "Kanal S"ə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib.

Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobil selin gətirdiyi lil qatına bataraq yolda qalıb. Təhlükəli zonada sıxılıb qalan nəqliyyat vasitələri və sürüclər yerli sakinlərin köməyi ilə ərazidən təxliyə edilib.

Hazırda yolun çınqıl və lildən təmizlənməsi, hərəkətin bərpası üçün əraziyə ağır texnika cəlb olunub. Yolda qalan vətəndaşların təhlükəsiz daşınması üçün yüksək keçid qabiliyyətli yolsuzluq avtomobillərindən istifadə edilib.

Şəkidə leysan yolu yararsız etdi, avtomobillər batıb qaldı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları