SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şəkidə avtomobil qəzası: Maşın aşıb, sürücü və sərnişin xəsarət alıb

Şəkidə avtomobil qəzası: Maşın aşıb, sürücü və sərnişin xəsarət alıb

Şəki

Qara Məryəm–İsmayıllı–Şəki avtomobil yolunun Şəkinin Oraban kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media "İctimai TV"-yə istinadən xəbər verir ki, Şəki rayon sakini, 31 yaşlı Nicat Hacı Hüseynovun idarə etdiyi "Kia" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin – rayon sakini, 26 yaşlı Pərvanə Güləhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing