Şəkidə ağır qəza: ata ölüb, azyaşlı övladı ağır xəsarət alıb

Şəkidə ağır qəza: ata ölüb, azyaşlı övladı ağır xəsarət alıb

  • 22 aprel 2025, 08:39
Şəki

Şəkidə ağır yol qəzası baş verib, nəticədə ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza zamanı sürücü T. Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 2016-cı il təvəllüdlü Kənan Təvəkkül oğlu Şirəlizadə və azyaşlının xalası oğlu 2010-cu il təvəllüdlü Fəqan Şahin oğlu Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücü T. Şirəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.