SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şəkidə 5 otaqlı ev yanıb

Şəkidə 5 otaqlı ev yanıb

  • 28 may 2025, 16:45
Şəki

Şəkidə ikimərtəbəli 5 otaqlı evdə yanğın olub.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, günorta saatlarında Şəki şəhəri Bəxtiyar Abbasov küçəsində Sərxan Salahova məxsus, ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları tam yanıb, evin ikinci mərtəbəsindəki mətbəxtin 40 kv/m-lik sahəsi, birinci mərtəbədəki mətbəx 7 kv/m sahədə və evə bitişik tikilən yardımçı tikilinin dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing