Küləkli hava şəraiti səbəbindən Goranboy rayonun bir neçə kəndində fəsadlar yaranıb.
Yurd.Media xəbər verir ki, güclü külək, rayonun Meşəli, Zeyvə, Şəfibəyli və daha bir neçə kənddə iri gövdəli ağacların aşırıb.
Aşağı Ağcakənd qəsəbəsində isə tikilinin hasarını dağıdıb.
Bir neçə saat elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Aidiyyəti qurumların əməkdaşları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, son günlərdə bölgədə güclü külək və yağıntılı hava şəraiti müşahidə olunur.