SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Füzulidə maşın traktora çırpıldı - məktəbli öldü

Füzulidə maşın traktora çırpıldı - məktəbli öldü

  • 01 mart 2026, 11:52
Füzuli

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Yurd.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Ramil İbayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısında gedən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur İbayev hadisə yerində dünyasını dəyişib.

Ağır xəsarətlər alan sürücü dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları