SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri Samuxda zəhərləndi

Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri Samuxda zəhərləndi

  • 13 avqust 2026, 09:17
Samux

Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri Samuxda zəhərlənib.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. 

Belə ki, 1984-cü il təvəllüdlü S.Əliyev, 1986-cı il təvəllüdlü E.Cabbarov, 1975-ci il təvəllüdlü M.Orucova, 1980-ci il təvəllüdlü A.Allahverdiyev və 1976-cı il təvəllüdlü M.Allahverdiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların qidadan zəhərləndikləri ehtimal olunur. 

Zəhərlənən şəxslərin Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları