Bugün gecə saatlarından başlayaraq Şamaxı rayonunda növbəti yeraltı təkanlar olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yurd.Media-ya bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 00:36-da qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 8 kilometr olub və hiss edilməyib.
Daha sonra maqnitudası 3,6 olan iki zəlzələ yerli vaxtla saat 02:01 və 03:38-də qeydə alınıb.
Hər iki yeraltı təkanlar Pirqulu stansiyasından 23 km cənub-qərbdə baş verən zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Pirqulu stansiyasından 23 km cənub-qərbdə isə maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Növbəti təkanlar da yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb.
Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub və təkanlar hiss olunmayıb.