Salyan rayonunda ağır yol qəzası baş verib.
Yurd.Media xəbər verir ki, hadisə Ələt-Astara-İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan avtomobil qəfil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.