SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Sabirabadda toyda kütləvi dava baş verdi

Sabirabadda toyda kütləvi dava baş verdi

  • 14 may 2025, 10:00
Sabirabad

Sabirabadda toy məclisində bir qrup şəxs arasında kütləvi dava olub.

Yurd.Media xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Sabirabadın mərkəzində yerləşən “Cavad” şadlıq sarayının qarşısında baş verib.

Toy məclisindən çıxan bir qrup şəxs uca səslə bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Hadisə yerinə gələn polisin qanuni tələbinə tabe olmayıblar.

Saatlı rayon sakinləri, 1996-cı il təvəllüdlü Bəşir, 1996-cı il təvəllüdlü Pərviz, 1996-cı il təvəllüdlü Bəhram və 2000-ci il təvəllüdlü Musanın (adlar şərti verilib – red.) barəsində inzibati qaydada icraat başlanılıb.

İş üzrə izahat verən Musanın sözlərinə görə, hadisə vaxtı, 22:00-da Sabirabad şəhərində yerləşən “Cavad” şadlıq sarayında toy məclisində iştirak ediblər və bir qrup şəxslə mübahisə edən zaman polis əməkdaşları onu rayon polis şöbəsinə izahat verilməsi üçün dəvət ediblər: “Sərxoş olduğumdan polis şöbəsinə getməkdən etiraz edərək uca səslə nalayiq ifadələr işlətdim. Məni nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmadım. Hazırda əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törədirəm. Rəsmi iş yerim var”.

Qeyd olunub ki, Musa şirkətlərdən birində aparıcı mühasib vəzifəsində işləyir. Digər təqsirli bilinən şəxslər isə fərdi əməklə məşğul olduqları müəyyən edilib.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

İnzibati qaydada barələrində protokol tərtib olunan şəxslərin işi baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onların hər biri barəsində inzibati qaydada 200 manat miqdarında cərimə olunublar və məhkəmə iclas zalından sərbəst buraxılıblar.