SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Sabirabadda dörd nəfərlik ailə yanaraq öldü

Sabirabadda dörd nəfərlik ailə yanaraq öldü

  • 04 iyun 2025, 09:23
Sabirabad

Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.

Bu gecə fərdi yaşayış evində baş verən yanğın zamanı həlak olan şəxslərin kimliyi məlum olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, onlar bir ailənin üzvləridir - 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır.

Yanğın hadisəsi gecə saatlarında baş verib. T.İmanov fərdi təsərrüfatla məşğul olub.

Prime Leasing