Sabirabadda çaqqal hücumu: Yaşlı kişi YARALANDI

Sabirabadda çaqqal hücumu: Yaşlı kişi YARALANDI

  • 05 may 2025, 23:09
Sabirabad

Sabirabadda 59 yaşlı kişiyə çaqqal hücum edib.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, rayonun Sərxanbəyli kənd sakini, 59 yaşlı Kamil Novruzov gündüz saatlarında çaqqalın hücumuna məruz qalıb. Vəhşi heyvan onun əlini və ayaqlarını dişləyib.

Zərərçəkən kənd sakinlərinin köməyi ilə heyvandan xilas edilib və yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılıb.

Kamil Novruzovun sözlərinə görə, həmin gün çaqqallar onun qardaşı oğluna da hücum ediblər. Kənd sakinləri belə hücumların təkrarlanmaması üçün müvafiq qurumların təcili tədbir görməsini istəyirlər.

Sərxanbəyli kənd bələdiyyəsindən bildirilib ki, indiyədək bu məsələ ilə bağlı onlara hər hansı rəsmi müraciət daxil olmayıb. Əgər müraciət olunarsa, aidiyyəti qurumlara məlumat veriləcək.

Ətraflı süjetdə: