Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri xəsarət alıb.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, hadisə Çiçəkli kəndində qeydə alınıb.
Belə ki, "Priora" markalı avtomobil hərəkətdə olarkən qarşısına mal-qara şıxıb.
Sürücü avtomobili heyvanlardan yayındıran zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə zamanı rayonun Cəngan kənd sakinləri; 1998-ci il təvəllüdlü Raqif Telman oğlu Məmmədov və qardaşı, 2000-ci il təvəllüdlü Elşad Telman oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
E.Məmmədov ağır xəsarətlər aldığından həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.