SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Rusiyada öldürülən qardaşların yas mərasimi Bakıda keçiriləcək

Rusiyada öldürülən qardaşların yas mərasimi Bakıda keçiriləcək

  • 02 iyul 2025, 14:43
Bakı

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların yas mərasimi iyulun 5-i (şənbə günü) Heydər məscidində keçiriləcək.

Yurd.Media xəbər verir ki, mərasim saat 11:00-dan etibarən başlayacaq. Kişi və qadın məclisi eyni saatda baş tutacaq. 

Xatırladaq ki, ötən gün Ağcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi keçirilib. Daha sonra isə onlar dəfn olunublar. 

İyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Prime Leasing