SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Rusiyada güclü ZƏLZƏLƏ: Azərbaycanda da hiss edildi - YENİLƏNİB + VİDEO

Rusiyada güclü ZƏLZƏLƏ: Azərbaycanda da hiss edildi - YENİLƏNİB + VİDEO

  • 27 avqust 2025, 02:11

Gecə saatlarında Xəzər dənizi sahillərində güclü zəlzələ olub.

Yurd.Media xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, onun ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında - Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

***00:51

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Yurd.Media bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss edilib.

Prime Leasing