SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO

  • 23 iyun 2025, 18:54
Qusar

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Lada” markalı nəqliyyat vasitəsinin sürücüsü Üzeyir Şirinov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Məhkəmənin qərarı ilə Ü.Şirinov inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Prime Leasing