SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Qubada yenə ayı kənd sakinlərinə hücum etdi

Qubada yenə ayı kənd sakinlərinə hücum etdi

  • 16 oktyabr 2025, 23:57
Quba

Qubada növbəti dəfə vəhşi heyvanların sakinlərə hücumu baş verib.

Yurd.Media "Oxu.az"a istinadən xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

Belə ki, rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.

Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, son vaxtlar Qubada ayıların təsərrüfatlara hücum hadisələri artıb.

Prime Leasing