SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Qızılağac Milli Parkında yanğın - VİDEO

Qızılağac Milli Parkında yanğın - VİDEO

  • 13 sentyabr 2025, 10:36
Masallı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Yurd.Media-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam etdirilir.

Prime Leasing