SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava
Qazaxda yük maşını qatarla TOQQUŞDU: Yaralılar var

Qazaxda yük maşını qatarla TOQQUŞDU: Yaralılar var

  • 22 may 2025, 19:14
Qazax

Qazax rayonunun Çaylı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki “Ford” markalı yük maşını qatarla toqquşub. Hadisə nəticəsində 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 22-si saat 17:00 radələrində baş verən qəza zamanı ümumilikdə 3 nəfər xəsarət alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Hər birinə ilkin tibbi yardım göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta-ağır, digəri isə stabildir”, - deyə məlumatda bildirilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.