Qazaxda qar səbəbindən ağırlaşan talvar çöküb, avtomobillərə zərər dəyib
Yurd.Media xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus evin talvarı çökərək iki avtomobilin üzərinə düşüb.
Nəqliyyat vasitələrinə zərər dəyib.
Qeyd edək ki, talvarın çökməsinə yağan qarın ağırlıq yaratması səbəb olub.
