SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qazaxda açıq ərazidə YANĞIN - VİDEO

Qazaxda açıq ərazidə YANĞIN - VİDEO

  • 29 avqust 2025, 20:43
Qazax

Qazax şəhərində açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə şəhərin Nəriman Nərimanov qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 2ha sahədə əsasən kol-kos və quru ot yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Qazaxda açıq ərazidə YANĞIN - VİDEO

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları