SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qazaxda açıq ərazidə yanğın - VİDEO

Qazaxda açıq ərazidə yanğın - VİDEO

  • 24 mart 2026, 21:32
Qazax

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları