SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Qarlı-buzlu yolda köməksiz qalan 5 nəfər xilas olunub

Qarlı-buzlu yolda köməksiz qalan 5 nəfər xilas olunub

  • 02 yanvar 2026, 19:27
Şamaxı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Baic” markalı minik avtomobilində 5 nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları