SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurdu

Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurdu

  • 03 sentyabr 2025, 10:52
Bakı

Piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər. Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüflər olsun ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir.Növbəti belə bir qəza ötən gün axşam saatlarında Nəsimi rayonu, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində qeydə alınıb. Yurd.Media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həm piyadalara, həm də sürücülərə müraciət edir: 1. Piyadalar avtomobillərin qarşısından qaçaraq yolu keçməməlidirlər. Bu, olduqca təhlükəlidir!2. “Keçid olmasa da olar deyib, yolu keçməyin”. Piyadalar daha çox keçiddən kənar yerlərdə qəza qurbanı olur. Yolu yalnız piyada keçidlərindən keçin!3. Svetoforlu keçidlərdə yaşıl işığın yanmağını gözləmədən yolu keçmək təhlükəlidir!4. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, piyadalara yol verməlidirlər. Yolun ən hassas iştirakçılarına qarşı diqqətli olmalıdırlar.Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir.

Prime Leasing