Onlayn alış-veriş edən müştəri mağazadan narazıdır.
Yurd.Media xəbər verir ki, bu barədə sosial mediada Davud adlı istifadəçi paylaşım edərək bildirib ki, onlayn ödəniş etdiyi "by_lala_baku" səhifəsi 2 aydır ki, məhsulu gətirib çatdırmır:
"Hər həftə gələcək deyirlər, lakin 2 aydır ki, məhsuldan xəbər yoxdur. Onlar karqo şirkətinin üzərinə atır, lakin ödənişlə bağlı heç bir detal təqdim etmirlər. Məhsulun ölkəyə gəlməsinin bəyannamə təsdiqini də göstərmirlər", - şikayətçi əlavə edib.
Müştəri digər alıcıların aldanmaması üçün bildirib ki, ehtiyatlı olun ki, sizin də başınıza gəlməsin.