Qazax rayonunda Neft Baza Sahəsinin həyətində avtomobildə partlayış baş verib, bir gənc ölüb.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, rayonun Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib.
Məlumata görə, yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində "MAN" markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.