SÜJET
Mingəçevirdə 34 yaşlı fəhlənin Şəhər İcra Hakimiyyətinin binasından yıxılaraq ölməsinin təfərrüatları məlum olub.
Yurd.Media xəbər verir ki, mərhumun iş yoldaşı Əlvan Mehdiyev Teleqraf-ın yerli bürosuna bildirib ki, Emil Şükürov çardaqda kəndiri bağlamaq üçün dəliyi axtararkən səhvən ayağını üstü görünməz olan dəliyin üzərinə basıb.
Nəticədə E.Şükürovun ayağı boşluğa düşüb, oradan yerə yıxılıb və ölüb.
Bacısı oğlu Əli Məmmədzadənin sözlərinə görə, E.Şükürov əvvəllər ailəli olub. Həmin nikahdan iki uşağı - oğul və qız övladı var. Onlar hazırda Qazaxıstanda yaşayılar.
E.Şükürovun bir qardaşı da vaxtsız vəfat edib. Mərhumun bir bacısı var.
Binada təmir işlərinə gəlincə, bunu hələlik adı açıqlanmayan podratçı şirkət həyata keçirir.
*** 16:09
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, şəhər icra hakimiyyətinin binasında aparılan təmir işində çalışan 1991-ci il təvəllüdlü Şükürov Emil Zakir oğlu yıxılaraq aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.