Mingəçevirdə avtomobil restoranın divarına çırpılıb.
Yurd.media xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil şəhərdə fəaliyyət göstərən restoranlardan birinin divarına çırpılıb.
Qəza nəticəsində 2003-cü il təvəllüdlü K.Məmmədov, 1997-ci il təvəllüdlü Q.İsmayılov və 2006-cı il təvəllüdlü R.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.