SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Meşə yanğınlarının səbəbləri araşdırılıb – Ekspertlərdən vacib xəbərdarlıq

Meşə yanğınlarının səbəbləri araşdırılıb – Ekspertlərdən vacib xəbərdarlıq

  • 02 iyun 2025, 17:20

Fövqəladə Hallar Nazirliyi tərəfindən meşə və meşəətrafı ərazilərdə baş verən son yanğınların səbəbləri araşdırılıb. 

Yurd.Media xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, yanğınların əsas səbəbi vətəndaşların təhlükəsizlik qaydalarına etinasız yanaşması və məsuliyyətsiz davranışlarıdır.

Qurumun məlumatına görə, ən kiçik ehtiyatsızlıq belə meşə sahələrində flora və faunanın ciddi şəkildə məhvinə səbəb ola bilər. Xüsusilə açıq ərazilərdə açıq oddan istifadə olunmaması tövsiyə edilir. Əgər zərurət yaranarsa, bu zaman təhlükəsizlik və yanğın əleyhinə qaydalara tam əməl edilməlidir. Tonqal qalanandan sonra odun tam şəkildə söndüyünə əmin olunmalıdır.

Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev ATV-yə bildirib ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalıdır. Ağacların, quru otların və kolluqların yaxınlığında tonqal qalamaq qadağandır. Tonqalın ətrafındakı ot və yanacaq materialları da təmizlənməlidir. Xüsusilə küləkli havada tonqal qalamaq təhlükəlidir və qadağandır.

Ekspert qeyd edib ki, küləyin sürəti saniyədə 8-10 metrdən çox olduqda yanğın qısa müddətdə geniş ərazilərə yayıla bilər. Bu isə yanğının qarşısını almaq üçün çalışan qüvvələrin işini ciddi şəkildə çətinləşdirir və təbiətə daha böyük ziyan vurur.

Elmar Nurəliyev əlavə edib: "Bəzi insanlar meşəlik ərazilərdə şüşə butulkaları və digər zibilləri yerə atırlar. Şüşə butulka və onun qırıntıları günəş şüaları altında qızaraq alışmaya və nəticədə yanğına səbəb ola bilər. Buna görə də meşəlik ərazilərdə zibilin yığışdırılması və ərazinin təmiz saxlanılması vacibdir."

Qeyd edək ki, yaşıllıqlar bizim milli sərvətimizdir və onları qorumaq gələcək nəsillərə olan borcumuzdur. Meşə yanğınlarına qarşı mübarizə yalnız texnika və qanunlarla deyil, həm də təbiətə olan sevgi və vətəndaş məsuliyyəti ilə aparılmalıdır.

Prime Leasing