SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Mərcləşib dirəyə çıxan məktəblini cərəyan vurdu

Mərcləşib dirəyə çıxan məktəblini cərəyan vurdu

  • 19 dekabr 2025, 20:12
Kürdəmir

Kürdəmir rayonunda mərcləşib dirəyə çıxan yeniyetməni elektrik cərəyanı vurub.

Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub.

Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin doqquzuncu sinif şagirdi olan Sərvət dəmiryol xəttinin dirəyinə çıxıb. Bu zaman, o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə ağır xəsarətlər alıb.

Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və bu zaman bədbəxt hadisə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları