SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Mehdiabadda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə EDİLİBLƏR - VİDEO

Mehdiabadda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə EDİLİBLƏR - VİDEO

  • 12 sentyabr 2025, 23:54
Abşeron

Mehdiabadda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə ediliblər.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Prime Leasing