SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Leysan yağışları Qubada bir sıra fəsadlar törədib

Leysan yağışları Qubada bir sıra fəsadlar törədib

  • 13 sentyabr 2025, 16:32
Quba

Sentyabrın 11-dən başlayaraq müşahidə olunan qeyri-sabit hava Qubada bir sıra fəsadlar törədib.

Yurd.Media xəbər verir ki, şəhər ərazisində leysan və güclü külək ağacı kökündən çıxararaq avtomobillərin üzərinə aşırıb.

Rayon mərkəzindən 62 kilometr məsafədə yerləşən Söhüb kəndi sel sularının təsirinə məruz qalıb. Kəndin mərkəzindən keçən Nəzərçayda daşqınlar qeydə alınıb.

"Baku TV"nin hazırladığı reportajda qeyd olunur ki, çay üzərindəki körpülərdən biri sel sularının təsirindən yararsız hala düşüb. Yağışın rayonun müxtəlif ərazilərində yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Prime Leasing